19 May 18:44

Aktyor Əbubəkr Öztürk İzmir Marşını təhqir etdiyi üçün ictimaiyyətin mənfi reaksiyası ilə üzləşib və rol aldığı serialdan da qovulub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əbubəkr marşın əhəmiyyətini bilmədiyini və bədbəxtlik üzündən həmin videonun internetə düşdüyünü bildirib.

Bəyaz TV-də “Danışmasam olmaz” proqramına çıxan Əbubəkr Öztürk göz yaşlarını saxlaya bilməyərək üzr istəyib:

“Türk xalqından, xüsusilə izmirli qardaşlarımdan üzr istəyirəm. İzmir Marşının əhəmiyyətini anlamamışam".


Müəllif: Şəfiqə Nazimqızı