21 May 2017 22:00
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mozalan satirik Kinojurnalının hazırladığı süjetlərin çoxu bu gün də öz aktuallığını saxlayır.

Teleqraf.com xatırladır ki, Kinojurnal 1970-ci ildə təsis edilib.

1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunublar.

1971-79 illərdə rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılıb.

Qeyd edək ki, Kinojurnal indiyə qədər 180-dən çox nömrə istehsal edib. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılıb. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir. Anidən müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq, bütün respublikanı xəbərdar etmək mozalançıların əsas iş üsullarından idi.

"Mozalan"ın "Tərsinə" adlı süjetini təqdim edirik:


Müəllif: Teleqraf.com