25 May 2017 11:12
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan filmləri beynəlxalq Alanya Film Festivalında nümayiş olunur.

Teleqraf.com xəbər verir ki, “Dostlarla bir arada” devizi ilə keçirilən festivalda Azərbaycanla yanaşı Rusiya, Belorusiya, Ukrayna, Estoniya filmləri də yer alır.

Proqram çərçivəsində ilk nümayiş olunan Azərbaycan filmi “Çölçü”dür. Bu gün təqdim olunacaq filmi ekran əsərində baş rolu oynayan Bəhruz Vaqifoğlu təmsil edəcək.

Mayın 26 –da nümayiş olunacaq “İçəri şəhər” filmini rejissor İlqar Safat və aktrisa Mehriban Zəki, bir gün sonra təqdim olunacaq “Qırmızı bağ”ı isə rejissor Mirbala Səlimli, Gülzar Qurbanova təmsil edəcək.

“Həddən artıq uyğunluq” filmi isə festivalın son günü - 29 mayda Mahmudlar mədəniyyət mərkəzində göstəriləcək.

Beynəlxalq Film Festivalına tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov xüsusi qonaq kimi dəvət olunub.


Müəllif: Nərmin