6 İyun 2017 16:00
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Günay İbrahimli ilə birgə “O kimdir ki?!” adlı yepyeni klipimizi təqdim etdik. Əslində, Günayla 4 ildən artıqdır ki, münasibətimiz var. Amma bu, bizim ilk birgə işimizdir. Mahnının sözləri Elçin Məhərrəmova, musiqisi dj. Roşkaya aiddir.

Bu barədə məlumatı Teleqraf.com-a klipin rejissoru Anar Hüseynov verib.

Rejissorun sözlərinə görə, klip çox çətinliklə ərsəyə gəlib:

“Bu iş bizə 10 mindən yuxarı məbləğə başa gəldi. Çox çətin çəkiliş günləri yaşadıq. Birinci gün çəkilişlərimiz Şüvəlandakı Allüminium Zavodunda, ikinci gün isə Xızıda baş tutdu. Klipin ilk kadrlarında gördüyünüz maşınların sürət yarışını lentə almaq çox təhlükəli idi. Montaj prosesi zamanı da problemlər bizdən əl çəkmədi. Klipə aid bütün materiallar kompüterdən silindi, lakin biz onları sonra geri qaytara bildik”.

Rejissor deyib ki, bu klipdə Günay tam yeni obrazda görünüb:

“O, ilk dəfə oxumaqla paralel rəqs də etdi ki, bu da azərbaycanlı müğənnilərin çəkindiyi bir işdir. Lakin klipin əsas sosial yönümü odur ki, burdakı model Xalid əsl həyatda lal və kardır. Lakin buna baxmayaraq, o, klipdə bizim üçün heç bir çətinlik yaratmadı”.


Müəllif: Könül Əlibəyli