6 İyun 2017 17:45
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında 5 iyun - Ümumdünya Ətraf Mühiti Mühafizə Günü münasibətilə təşkil olunan “Tullantıdan incəsənətə” adlı rəsm sərgisi keçirilib.

Teleqraf.com-un məlumatına görə, sərgidə orta məktəb şagirdlərinin 70-dən çox əl işi nümayiş olunub.

Plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilərək, hazırlanan qeyri-adi əl işləri maraqla qarşılanıb.

Tədbirdə Nəsimi rayon 44 nömrəli tam orta məktəbin direktoru Leyla Baxşıyeva, həmçinin Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək, bu tip sərgilərin təqdirəlayiq olduğunu, ətraf mühiti qorumağın vacibliyini vurğulayıblar.


Müəllif: Könül Əlibəyli