6 İyun 2017 21:42
3 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV telekanalında yayımlanması nəzərdə tutulan “Yarpaqlar” adlı serialda baş rolu - Hüseyn adlı polis leytenantı obrazını canlandıracağam.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bir neçə ay öncə “Sara” filmini tamaşaçılara təqdim edən rejissor və aktyor Elvin Əhmədov bildirib.

Elvin Əhmədovun sözlərinə görə, ATV telekanalının sifarişi ilə artıq yeni serialın çəkilişi üçün hazırlıq prosesinə başlanılıb.

Filmin quruluşçu rejissoru Natiq Novruzov, rejissoru Rəşad Nuri, ssenari müəllifləri Züleyxa Şirinova və Rəşad Səfərovdur. Film oktyabr ayından efirə çıxacaq.


Müəllif: Könül Əlibəyli