6 İyun 2017 23:12
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış ifaçı Araz Elsəs Ramiz Rövşənin müəllifi olduğu “Başı kəsik gözəl kötük” şeirinə musiqi bəstələyib və klip çəkdirib.

Teleqraf.com xəbər verir ki, bu klip ifaçının Yutub kanalından 4 iyun tarixində paylaşılıb.

Qeyd edək ki, əslən Cənubi Azərbaycandan olan Elsəs hazırda Avropada yaşayır. Xaricdə yaşayan həmvətənlərinə dəstək məqsədilə, tez-tez Azərbaycan dilində konsert proqramları ilə çıxış edir.

Onu da deyək ki, “Başı kəsik gözəl kötük” şeiri bundan əvvəl tanınmış aktyorumuz Fuad Poladov tərəfindən şeir kimi səsləndirilmişdi.


Müəllif: Könül Əlibəyli