7 İyun 2017 13:33
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tamaşanın aktyoru da, rejissoru da özüməm.

Bu sözləri Teleqraf.com-a açıqlamasında sabah saat 12:00-da Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında səhnələşdiriləcək “Məsəl ya” adlı monotamaşanın müəllifi, quruluşçu rejissoru və yeganə aktyoru Kamal Məmmədov deyib.

O, həmçinin qeyd edib ki, ilk dəfə canlandırılacaq monotamaşaya baxmaq üçün teatr binasına giriş sərbəstdir. Cəlil Məmmədquluzadənin felyetonları əsasında yazılan monotamaşanın yaradıcı rəhbəri isə Azərbaycanın əməkdar artisti Vidadi Həsənovdur.

Qeyd edək ki, 30-40 dəqiqəlik xronometrajı olan bu əsərdə 1988-2001-ci illərdə Azərbaycan və Türkiyədə fəaliyyət göstərmiş “Yuxu” rok qrupunun musiqilərindən istifadə olunub.


Müəllif: Könül Əlibəyli