8 İyun 2017 13:02
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecənin bir yarısı sizə çox sevindirici xəbərim var. İnstaqramdakı şəxsi hesabım üzərində idarə məndədir artıq! Əfsuslar olsun ki, bu oğurlanma nəticəsində paylaşımlarımın tam yarısı silinib... Amma eybi yox!

Bu sözləri Respublikanın xalq artisti Faiq Ağayev rəsmi Feysbuk səhifəsinə yerləşdirdiyi video görüntülərdə deyib. O, sonda izləyicilərinin diqqətini üzərində “hacker” yazılan köynəyinə cəlb edərək, hesabı oğurlayanlara işarə vurub və çox keçmədən yeni bir status paylaşıb:

“Sağ olsun IT peşəkarları olan dostlarım! Oğurluq edən şəxsin adı, soyadı, şəxsi mobil nömrəsi, ünvanı, hətta sosial şəbəkələrdəki profillərini belə aşkarladıq! Lazımi tədbirlər görüləcək”.

Qeyd edək ki, tanınmış ifaçının İnstaqram hesabı dünən axşam saatlarında anonim şəxslər tərəfindən ələ keçirilmiş, qorxulu maska geyən şəxs canlı yayım edərək, nalayiq sözlər səsləndirmişdi.


Müəllif: Könül Əlibəyli