10 İyun 2017 23:00
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyinin Karusel salonunda XX “Art Shopping” beynəlxalq incəsənət sərgisinin açılışı olub.

Teleqraf.com-un xəbərinə görə, tədbirdə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli və Leyla Əliyevanın rəsm əsərləri nümayiş etdirilir.

Qonaqların böyük marağına səbəb olan sərgidə rəsm əsərləri ilə yanaşı, 2017-ci ilə aid kolleksiyalardan olan əl işləri də nümayiş olunur.

Qeyd edək ki, XX “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi sabah da davam edəcək.


Müəllif: Könül Əlibəyli