12 İyun 2017 23:01
1 936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi birlikdə məktəbəqədər müəssisələrdə və ümumtəhsil məktəblərində çalışan tərbiyəçilər, müəllimlər, tələbə və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün "Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursları keçirir.

Teleqraf.com xəbər verir ki, artıq bir neçə gündür davam edən təlimlərdə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşması istiqamətində işlər aparılır. Təlimdə TİPİİ-nin müəllimi qismində fəaliyyət göstərən Gülbəniz Nəcəfovanın əməkdaşımıza verdiyi məlumata görə, məşğələlərdə aşağıdakı mövzular əhatə olunur:

1. Ümumi təsviri sənətin nəzəri əsasları (təsviri incəsənət növləri və janrları, rənglər, kompozisiya, perspektiv və s.)

2. Barmaqlarla müxtəlif rəsmçəkmə üsulları ( barmaq rəngkarlığı)

3. Nöqtələrlə rəsmçəkmə üsulu (puantizm texnikası)

4. Ştampların, yarpaqların izi ilə rəsmçəkmə üsulu (ştampinq)

5. Cızmaq üsulu (qrattaj)

6. Çap texnikası (monotipiya)

7. Plastilinlə rəsmçəkmə üsulu (plastilinoqrafiya)

8. Kokteyl çöpünün köməyi ilə rəsmçəkmə üsulu (klyaksoqrafiya)

9. Applikasiya və oriqami texnikası (kağız qatlama texnikası)

10. Rəqəmlərlə, hərflərlə, fiqurlarla rəsmçəkmə texnikası.

Qeyd edək ki, kursun sonunda yekun qiymətləndirmədə iştirak edən və hazırda tərbiyəçi və ya müəllim işləyənlər dövlət nümunəli ixtisasartırma sertifikatları alacaqlar.


Müəllif: Könül Əlibəyli