15 İyun 2017 18:14
3 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə kriminal janrda çəkilən serial yayıma başlayır.

Bu barədə Teleqraf.com-a müsahibəsində serialın ideya müəllifi və layihə rəhbəri Elnur Məhərrəmli açıqlama verib:

"Azərbaycanda ilk dəfə kriminal-dedektiv dram janrında çəkilən "Çətin hədəf" teleserialının rejissoru Şəhriyar Zeynidir. Baş rollarda aktyorlar Sadiq Nasir (Ayxan), Elnur Məhərrəmli (Şeyx), Rəşidə İbrahimova (Fəridə) və ikinci dərəcəli rollarda Nəriman Yusif (Nəriman), Ruslan Nəsirli (Dəli Cabbar), Zülfiyyə Eldarqızı (Firuzə), Pərviz Bağırov (Qoca) və Seymur Tağıyev (qəssab) çıxış edirlər".

Elnur Məhərrəmli qeyd edib ki, filmin direktoru Asəf Orucoğludur. Lider TV kanalında həftədə bir dəfə yayımlanacaq serialın ilk bölümü iyulun 1-i saat 21:00-da ekranlara çıxacaq.


Müəllif: Könül Əlibəyli