20 İyun 2017 14:02
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən reytinqli serialı olan "İçəridə"nin final seriyasının nümayişindən öncə filmin bütün heyəti möhtəşəm qala gecəsi ilə canlı efirə çıxıb.

Teleqraf.com-un məlumatına görə, qala gecəsindən gələn bütün gəlir "Kiçik qəlblər - İçəridə" uşaq fondunun hesabına köçürüləcək.

Qeyd edək ki, hamının həyəcanla gözlədiyi final seriyası xoşbəxt sonluqla bitib. Bir neçə güllə yarası alsalar da sağ qalan Mərd və Sarp ilk seriyadan mübarizə apardıqları qəddar mafioz Cəlalı nəhayət ki, həbs edə biliblər.


Müəllif: Könül Əlibəyli