21 İyun 2017 13:10
1 789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu mənim kinoda ilk rolumdur. Buna qədər olanları məşq sayıram. Ssenari elə xoşuma gəlib ki, bu rola pulsuz da çəkilərdim.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Viaqra” qrupundan tanıdığımız və müasir rus estradasının gözəllik simvolu sayılan Nadejda Meyher deyib.

O, melodram kraliçası Oksana Bayrakın “Heç nə iki dəfə baş vermir” adlı 16 seriyalı filmində rol alıb.

Nadejda bildirib ki, özünü kinoda təcrübəsiz saydığna görə dəvətdən sonra aktyorluq kurslarına getmək istəyib. Lakin rejissor Oksana ona icazə verməyib və “mənim üçün aktyorluq eləmək lazım deyil, özün ol, bəsdir” deyib.

Qeyd edək ki, çəkilişləri davam edən filmdə hadisələr 90-cı illəri və günümüzü əhatə edir. Filmin əsas mövzusu sevgidir.


Müəllif: Könül Əlibəyli