21 İyun 2017 18:37
1 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz çalışdıq ki, narkotik vasitələri kadrda bir dəfə də olsun göstərməyək. Çünki bu bir növ reklam olar. Antireklamın özü də reklamdır axı. ”Black Garden”, yəni “Qara bağ” imzasını da verdik ki, layihədə azərbaycanlıların fəaliyyəti bilinsin.

Bu sözləri Amerikada yaşayan Azərbaycanlı rejissor Elmar Bayramov orda “BroBart Prodakşn”la birgə çəkdiyi sosial çarx barədə Teleqraf.com-a məlumat verərkən deyib.

“Drugs kill”, yəni “Narkotiklər öldürür” adlanan layihə rejissorun və bu komandanın ABŞ-dakı ikinci işidir.

Layihənin ssenari müəllifi və rejissoru Elmar Bayramov qeyd edib ki, bu layihə ABŞ-dakı narkotiklərlə mübarizə mərkəzləri üçün nəzərdə tutulub. Layihə Atlanta İncəsənət İnstitutunun tələbələrinə aiddir.

Qeyd edək ki, aktyor Elşən Əsgərov, operator Aaron Bart, montaj Şahmar Haşımov, rəng montajı Könül Kəngərli, musiqi Sian Tomasın işidir.

Bu video həm universitetdə yayımlanacaq, həm də Amerikada keçiriləcək sosial müsabiqələrə göndəriləcək.


Müəllif: Könül Əlibəyli