22 İyun 2017 14:21
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Filarmoniyasına yeni rəhbər təyin edilib.

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Gəncədə keçirilən regional müşavirədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Samir Cəfərovun Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin olunduğunu açıqlayıb.

Samir Cəfərov şəhər mədəniyyət ictimaiyyətinə təqdim edilib.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının bundan əvvəlki rəhbəri Gülcin Mirzəyeva idi.


Müəllif: Teleqraf.com