1 İyul 2017 17:28
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejad Azərbaycan Dövlət Musiqili Teatrında bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında çıxış edəcək.

Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun Teleqraf.com-a verdiyi məlumata görə, İranlı aktyor tamaşada Şah obrazını canlandıracaq.

Artıq məşqlərə başlayan aktyor yaradılan şəraitdən razı qaldığını söyləyib:

“Azərbaycanda teatra, sənətə, ümumilikdə mədəniyyətə xüsusi bir diqqət və qayğı var. Sevinirəm ki, əsl sənət ab-havası mövcud olan Musiqili Teatrla yenidən əməkdaşlıq edirəm. İnanıram ki, mənə tapşırılan işin öhdəsindən layiqincə gələcəyəm”.

“999-cu gecə” tamaşası sentyabr ayının sonunda səhnəyə çıxacaq. Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlovadır.


Müəllif: Könül Əlibəyli