5 İyul 2017 18:28
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tamaşanı rus dilindən tərcümə edən Dilsuz Mustafayev, əsərin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.

Tamaşada əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev canlandıracaq.

“Dəlixanada qətl” yeni mövsümdə, yəni 2017-ci ilin dekabr ayında teatrsevərlərin görüşünə gələcək.


Müəllif: Könül Əlibəyli