10 İyul 2017 13:40
2 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu filmin kassada uduzmasının səbəbini reklam və tanıtım işinin zəif qurulmasında gördük. Filmə baxmayan xeyli insanın marağını müşahidə etdik və onu “Yarat”ın dəstəyilə yenidən kinoteatrlara qaytarmağa qərar verdik.

Bu sözləri tamaşaçı yığa bilmədiyinə görə kinoteatrlardan çıxarılan “Sara” filminin rejissoru Elvin Əhmədov Teleqraf.com-a açıqlamasında deyib.

Rejissor qeyd edib ki, iyulun 25-i saat 19:00-da “Yarat” yaradıcılıq mərkəzində “Sara” filmi yenidən təqdim olunacaq. Təqdimata tanınmış kino xadimləri, aktyor və aktrisalar, həmçinin jurnalistlər dəvət olunacaq.

Rejissor Elvin Əhmədov onu da deyib ki, tədbirdə yaradıcı heyətdən yalnız özü iştirak edəcək. Rejissor baxış sonrası tamaşaçıların suallarını cavablandıracaq.

Qeyd edək ki, baş rollarda Rasim Balayev, Duyğu Dəvəli, Cəmil Cəfərov və Elvin Əhmədovun oynaığı “Sara” filminin Azərbaycanda ilk premyerası bu il aprelin 6-da Nizami Kino Mərkəzində keçirilmiş, sonrakı günlərdə tamaşaçı sayının azlığı səbəbindən film kinoteatrlardan yığışdırılmışdı.

Rejissor isə filmi xarici TV və kinoteatrlara satmağı planlaşdırırdı.


Müəllif: Könül Əlibəyli