13 İyul 02:19
473

Azərbaycanlı pianoçu xarici gənc ifaçıların beynəlxalq müsabiqəsində öz istedadını nümayiş etdirib

Xocalıdan olan gənc pianoçu Brilyant Məmmədli İsveçrənin Val-de-Travers şəhərində keçirilən beynəlxalq ifaçıların "Concours International pour jeunes interprètes" adlı müsabiqəsində ikinci yeri tutub.

Bu barədə Sputnik Teleqraf.com-a "Azərbaycanın dostları" İctimai Birliyinin sədri Arzu Əliyeva-Bodner məlumat verib. Onun sözlərinə görə, Məmmədli müsabiqədə Niyazinin, Volfqanq Motsartın və Sebastyan Baxın əsərlərini ifa edib.

Əliyeva-Bodner onu da bildirib ki, Məmmədli ötən il də həmin müsabiqədə iştirak etmiş və ikinci yeri tutmuşdu.

Qeyd edək ki, Brilyant Məmmədli Gəncə musiqi kollecinin müəllimi Xatirə Usubovanın yetirməsidir. Hazırda Naftalan şəhərindəki musiqi məktəbində təhsil alır. Onun burada müəllimi Xatirə Qəmxarovadır. Məmmədlinin ailəsi ermənilər tərəfdən işğal olunmuş Xocalıdandır.


Müəllif: Teleqraf.com