21 İyul 15:04

Tanınmış rəqqasə və aktrisa Oksana Rəsulovanın rəhbərlik etdiyi “Oksimedia Prodakşn” tərəfindən yeni teleserial çəkilir.

Teleqraf.com xəbər verir ki, “Lal yuxu” adlı serial Xəzər TV-nin efirində yayımlanacaq. Baş rolda rəqqasə özü və teleaparıcı Şəhriyar Əbilov çəkilir. Oksana teleserialda Aylin obrazını canlandıracaq.

Qeyd edək ki, filmin ssenari müəllifi Kəmalə Qasımova, ideya müəllifi isə Oksana özüdür.


Müəllif: Könül