3 Avqust 2017 16:26
2 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda çəkildiyi bir çox film və seriallardan sonra rəqqasə Oksana Rəsulova Hindistan filmində baş rola çəkilib.

Teleqraf.com xəbər verir ki, həmin qısametrajlı film yaxınlarda təqdim olunacaq.

Oksana Azərbaycandakı “Lal yuxu” adlı teleserialın çəkilişlərinə görə Hindistana, filmin premyerasına gedə bilməyəcəyini açıqlayıb.

“Girl on heels” (“Dikdabanlı qız”) adlı film avqustun 7-də “Soni” TV-də yayımlanacaq.

Oksana ilə yanaşı filmdə əsas rollarda Pulket Cavahar adlı tanınmış hind aktyor da çəkilib.


Müəllif: Könül