11 Avqust 15:50
787

Rəqqasə və aktrisa Oksana Rəsulovanın yenicə anons etdiyi “Mələyin öpüşü” filminin ötən il İngiltərədə çəkilən “Səninlə görüşənə qədər” filminin plagiatı olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, 2 gün öncə treyleri yayımlanan “Mələyin öpüşü” filminin süjet xətti ilə İngiltərə istehsalı olan “Səninlə görüşənə qədər” filminin süjetində oxşarlıqlar nəzərə çarpıb.

Hər iki filmin ssenarisinə görə xeyli müddət işsizlikdən əziyyət çəkən bir qadın əlil və cavan bir oğlanın muzdlu dayəsi olur. Gənc qadınla gənc əlil oğlan arasında sevgi münasibəti yaranmağa başlayır. Hadisənin davamı filmin süjet xəttini təşkil edir.

Qeyd edək ki, “Mələyin öpüşü” filminin ideya müəllifi Nərgiz Qasımova, ssenari müəllifləri Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanoğlu, quruluşçu rejissor Əskər Əli Hacızadədir.

Baş rolları Oksana Rəsulova, Elşad Xose, Fuad Poladov, Şamil Süleymanlı və başqaları ifa edirlər.


Müəllif: Könül