30 Avqust 19:19
386

Aktyor İlkin Misgərli əlil fanatları Fərid və Vəlinin arzusunu yerinə yetirib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə ona müraciət edərək iki əlil fanatının onu görmək istədiyini deyiblər. Fərid və Vəli "Bozbaş pikçers"dəki "Qılman" obrazını çox bəyəniblər və onunla görüşməyi arzulayıblar.

Misgərli bildirib ki, uşağın ailəsi ilə əlaqə saxlayıb və onların arzusunu gerçəkləşdirib.

İlkinin həmin an lentə alınan videosunu aktrisa-aparıcı Zümrüd Qasımova İnstaqramda paylaşıb və “Bu gün Fəridin və Vəlinin yanına gəldik. İlkini görməyi xəyal edirdi. Allah onları sevindirsin. Kömək etmək istəsəniz, çox yaxşı olar” sözlərini yazıb.

Qeyd edək ki, dünən Mahir Orucov adlı Feysbuk istifadəçisi belə bir status paylaşmışdı:

“Dostlar, "Bozbaş pikçers"dəki həkim Qılmanla kimin şəxsi əlaqəsi var? Fəridin ən böyük arzusu onu görməkdir, hətta anası deyir, əllərini göyə açıb dua edir ki, Qılman bizə gəlsin!

Hələ Vəlinin istəyini demirəm, o da Qılmanı, Röya ilə Miri Yusifi görmək arzusundadır”.


Müəllif: Könül