31 Avqust 2017 08:35
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin I Beynəlxalq Teatr Festivalı başa çatıb.

Teleqraf.com xəbər verir ki, 6 nominasiya üzrə mükafatlandırılan festival iştirakçıları arasında Azərbaycan Dövlət "Yuğ" Teatrının truppası "Xəzər Renesansı" nominasiyasında qalib olub.

Mikayıl Mikayılov və Gülzar Qurbanova mükafatlandırılıblar. İranın "Ayna" teatr qrupu isə "Xəzərin incisi" nominasiyasında mükafat qazanıb.

Qeyd edək ki, Xəzəryanı ölkələrin I Beynəlxalq Teatr Festivalı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə keçirilib və Qazaxıstanın xalq artisti Asanəli Əşimovun 80 illiyinə həsr olunub.


Müəllif: Könül