12 Oktyabr 2017 08:56
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nəfəs” filmi Barselonada film festivalında nümayiş olunacaq.

Bu barədə filmin rejissoru Əli Mahmudlu Teleqraf.com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, festivalda iştirak edəcək film 3 dəqiqə 27 saniyədən ibarətdir:

“Ramiz Rövşənin “Nəfəs” şeiri əsasında sənədli film 2017-ci il aprel ayında çəkilib. İlk dəfə Azərbaycan II Booktrailer festivalında yayımlanıb və birinci yerə çıxıb.

Filmin rejissoru Elnur Rzayevlə mənəm. İlk qalibiyyətdən sonra filmi xarici festivallara göndərdik. Barselonanın FİCMA film festivalından cavab gəldi. Barselona festivalı bu il 24-cü dəfə keçiriləcək, noyabrın 3-dən 10-a kimi davam edəcək.

Biz özümüz təqdimat üçün Barselonaya getmək istəyirik, amma maliyyə problemi var. Festival özü yol xərcini ödəmir. Viza problemi də var deyə, sponsor axtarırıq. Özümüzün də o xərcləri qarşılayacaq maliyyəmiz yoxdur”.

“Nəfəs”in büdcəsi 31 manatdır.

Qeyd edək ki, FİCMA (ispanca Festival İnternational de Cine del Medio Ambiente, Beynəlxalq Ekoloji Film Festivalı) festivalı 1993-cü ildən İspaniyanın Barselona şəhərində keçirilir. Bu il festivala ümumilikdə 2500 film göndərilib. 127 film fərqli kateqoriyalar üzrə finalçı olub.

“Nəfəs” qeyri-rəqabətcil “FOCUS - Global view” bölməsində nümayiş olunacaq.


Müəllif: Şəfiqə Nazimqızı