29 Oktyabr 2017 18:58
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küçə yaradıcılığı olaraq bilinən canlı heykəl obrazı yaradan insanlar, saatlarla hərəkətsiz duraraq canlandırdıqları obrazın xüsusiyyətlərini yansıdırlar.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər erir ki, obrazın ən səciyyəvi mimikalarını, geyim tərzini və duruş formasını sərgiləyən teatr ustaları uzun saatlarla qrimləndikdən sonra vitrinə çıxırlar. Saatlarla donmuş vəziyyətdə duraraq öz bacarıqlarını nümayiş etdirirlər.

Onlara yaxınlaşan ətrafdakı insanlara gözlənilməyən reaksiyalar verərək maraqlı anlar yaşadırlar.

Canlandırdığı komediya aktyoru Ali Kazim bildirib ki, küçə yaradıcılığı zamanı insanlar gümüş canlıları “canlıdırmı” deyə yaxınlaşıb, yoxlayırlar bunlar bizi sevindirir.


Müəllif: İlhamə Əbülfət