19 Dekabr 2017 13:23

Müşfiq Hətəmov, adamını tanı, ağıllı ol, məni ətrafındakılarla səhv salma!

Teleqraf.com xəbər verir ki, bu sözləri Yuğ teatrının keçmiş aktyoru Hikmət Rəhimov öz Feysbuk hesabından yazıb. Onun sözlərinə görə, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov onun arxasınca danışıb.

“Bunu deməliyəm, çünki səhərə qədər əsəbimdən yatmamışam. Deməli, kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir ki, Hikmətin aldığı mukafatı mən həll etmişəm. Mən də ona deyirəm ki, tüpürüm o mukafata ki, mənə onu sən vermisən və orda-burda başa vurursan. Rahat ol, dilimə də gətirən deyiləm. Adamını tanı, ağıllı ol, məni ətrafındakılarla səhv salma!”

Qeyd edək ki, bu yaxınlarda aktyor Hikmət Rəhimov “Üçüncü günün adamı” filminə görə 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı kişi aktyoru” nominasiyasının qalibi olub.


Müəllif: Xəzər Süleymanlı
Загрузка...