30 Dekabr 2017 22:07
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda «Pullman Hotels and Resorts»da Star Kids Group şirkətinin təşkilatçılığı ilə “Qış nağılı” adlı Yeni il uşaq moda-müsabiqə gecəsi keçirilib.

Teleqraf.com müsabiqənin təşkilatçılarına istinadən bildirir ki, «Kids Fashion Show» gecəsində 4-14 yaş arası 83 gənc model və 28 modelyer iştirak edib. Jürinin tərkibinə məşhur dizaynerlər – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin modelləşdirmə kafedrasının dosenti, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova və Azərbaycan Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri Gülnarə Xəlilova, həmçinin tanınmış ifaçılar Roza Zərgərli və Ayaz Qasımov, YES moda evinin rəhbəri Yeganə Sadıxova, «Best model of Azerbaijan» müsabiqəsinin qalibi İlqar Əliyev daxil olub. Layihənin müəllifi Star Kids Group şirkətinin direktoru Aygün Əliyevadır.

Uşaqlar və modelyerlər müxtəlif nominasiyalar üzrə qiymətləndirilib.

Qızlar və onların modelyerləri arasında ilk üç yeri müvafiq olaraq Amira Səfərova və Aysel Əliyeva, Yeganə İbrahimli və Gül Qurbanova, Əsmər Məmmədzadə və Aysel Əhmədzadə tutublar. Oğlanlar və modelyerləri arasında isə Rəvan Mustafayev və Hülya Allahverdiyeva, Rəvan Qasımov və Nərgiz Bağırova, Sabir Məlikli və Rəqsanə Zeynallı fərqləniblər.


Müəllif: Teleqraf.com