15 Yanvar 2018 08:28
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə müasir incəsənət xadimlərinin əsərləri fantastik qiymətə satılıb.

Teleqraf.com-un məlumatına görə, Burxan Doğançayın “ABŞ Red&Black Composition” adlı əsəri 850 min türk lirəsinə satışa çıxarılıb. Əsərin “Hücum” və “Kurdela” seriyasının özəl xüsusiyyətlərini daşıması sənətsevərlərin diqqətini çəkib.

Rəssam Fahrelnisa Zeyidin yağlı boya ilə işlədiyi “Mona” tablosu 750 min, “Naughty Boy (Nasser)” adlı əsəri isə 600 min lirəyə satılıb.

42-ci Bəyaz Çağdaş və Müasir İncəsənət Muzeyində satışa çıxarılan 222 əsər içərisində alıcılar sözügedən 3 əsərə yüksək məbləğdə pul verərək alıblar. 3 tablo 2 milyon 200 min lirə qarşılığında alınıb.


Müəllif: Kəmalə