30 Yanvar 09:15
1 123

Dünyanın məşhur caz pianisti və saksafonçusu Filli Tipton əslində kişi deyil, qadın olub. Qadın kimi doğulsa da, hər kəs onu kişi cinsinin nümayəndəsi kimi tanıyır və sevirdi.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, dünyanın ən məşhur pianistlərindən biri kimi qəbul olunan Billi Tioptonun əslində kişi deyil, qadın olduğu sirri onun ölümündən sonra ortaya çıxıb.

Billi Tipton 1914-cü ilin 29 dekabrında ABŞ-ın Oklahoma əyalətində dünyaya göz açmışdı. Qız uşağı kimi doğulsa da, böyüdükcə özünü kişi kimi hiss etməyə başlamışdı və bunun fərqində idi.

1930-cu ildə musiqi karyerasına start verən Billi əvvəl yerli klublarda səhnəyə çıxdı, məşhurlaşmağa başladıqca qadın olduğunun bilinməməsi üçün döşlərini bağladı, şalvarının içinə kiçik yastıq qoydu. Dəhşətli qəza keçirdikdən sonra isə əməliyyat olaraq döşlərindən birdəfəlik xilas oldu.

Billi rəsmi şəkildə heç vaxt ailə qurmadı, amma həyatında saysız xanımlar oldu. Həyatında ən uzunmüddətli xanım isə Kitti oldu. Onunla Kittinin birgə yaşadığı dövrdə 3 uşağa atalıq etdi. 10 il sonra isə Kittdən ayrıldı və ömrünün sonuna qədər Maryann adlı xanımla yaşadı.

Dünyanın məşhur pianisti 1989-cu ildə vəfat etdi. Tiptonun atalıq etdiyi oğlanlarından biri olan Villiam isə atasının əslində “transseksual” olduğunu bəyan etdi. Kitti isə bu mövzuda ümumiyyətlə danışmaq istəmədiyini bildirdi.

Tipton 74 yaşında vəfat etdikdən sonra əslində onun qadın olduğu ortaya çıxdı.


Müəllif: Cavad