5 Fevral 12:24
1 247

Tanınmış azərbaycanlı bəstəkar Cavanşir Quliyevə Şimali Kiprdə vəzifə verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı bəstəkar özü verib.

Məlumata görə, Cavanşir Quliyev Şimali Kipr Yaxın Şərq Universitetinin Səhnə Sənətləri fakültəsinin dekanı seçilib.

Qeyd edək ki, 67 yaşlı bəstəkar Cavanşir Quliyev Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.


Müəllif: Şəfiqə