1 İyul 2016 20:52

Yer kürəsini zərərli şüalardan qoruyan Ozon qatındakı dəlik getdikcə qapanmaqdadır. Teleqraf.com xəbər verir ki, alimlər dəliyin tam aradan qalxmaq üzrə olduğunu təsdiqləyiblər.

2015-ci ilin sentyabrında aparılan araşdırmaya əsasən dəlik son 5 ildə 4 milyon kvadrat kilometrə qədər balacalaşıb. Bu, təxminən Hindistanın ərazisindən 100 dəfə böyük sahə deməkdir.

Alimlər hesab edirlər ki, Ozon qatındakı dəliyin balacalaşmasının başlıca səbəbi havaya zərərli kimyəvi maddələrin atılmasına qarşı aparılan mübarizədir.

Antarktida materikindən 10 kilometr uzaqda olan ozon təbəqəsindəki dəlik ilk dəfə olaraq 1980-ci ildə müəyyən edilmişdi. 1986-cı ildə amerikalı alim Susan Solomon xloroflorokarbon (CFC) və ya freon qazlarının ozon təbəqəsinə zərər verdiyini müəyyən edib. Bu qazlar saç spreyləri, soyuducu və digər avadanlıqlarda istifadə olunur.

2000-ci ildən sonra CFC qazlarının istehsalı əhəmiyyətli dərəcədə aşağı düşüb. Həmin qazların atmosferdəki ömrü 50-100 il davam edir. Stratosferdəki CFC qazları tatamilə aradan qalxandan sonra Ozon qatındakı dəlik birdəfəlik bağlanacaq.

Hazırda, ozon təbəqəsinin deşilməsi olaraq bildiyimiz stratosferdeki ozon miqdarının azalması, daha çox UV-B süasının yer üzünə çatmasına səbəb olur. Bu isə dəri xərçəngi, katarakta, immun sistemi zəifliyi kimi sağlamlıq problemlərinin artmasına, əkinçilikdə məhsuldarlığın azalmasına, heyvanların və okean ekosistemlerinin zərər görməsinə, plastik məhsullarının asan destruksiyasına gətirib çıxarır.

Ayxan


Müəllif:
Загрузка...