1 İyul 2016 21:08
289

“Otokar” şirkəti Türkiyə təhlükəsizlik qüvvələri ilə “Cobra II” zirehli transportyorunun çatdırılmasına dair 106.1 milyon avro dəyərində müqavilə bağlayıb.

“Otokar” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, sifariş verilən maşınların çatdırılması 2017-ci ilin birinci rübündə tamamlanacaq.

“Otokar” mühəndisləri tərəfindən dizayn edilmiş və istehsal olunan “Cobra II” maşınları özünün yüksək qoruma səviyyəsi, gediş daxili bölməsi və yüksək manevr qabiliyyəti ilə seçilir.

Sifariş çərçivəsində 4×4 təkər formuluna malik “Cobra II” maşınlarının çatdırılıması ilə yanaşı fərqli sistemlər, baxım və logistik xidmətlər təmin olunacaq. Maşınların tədarükünə 2016-cı ilin sonlarında start veriləcək.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, mülkiyyət haqqı tamamən “Otokar”a aid olan və müasir təhdidlərə qarşı özəl olaraq dizayn edilmiş “Cobra II” üçün ilk iki sifariş ötən il alınıb.

Müasir təhdidlər nəzərə alınaraq hazırlanmış “Cobra II” maşınları yüksək qoruması və daşıma səviyyəsi ilə önə çıxır. Maşın mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı üstün qorumanı təmin edir. Türkiyə şəraitinə uyğun keçirilən testlərdən uğurla keçən “Cobra II” fərqli tapşırıqlar üçün modulyar dizayna malikdir. Maşının ixracat bazarı üçün xüsusi olaraq hazırlanmış amfibiya versiyası mövcuddur. Körfəz ölkələrindən birində keçirilmiş hərəkət və amfibiya testlərində “Cobra II” minlərlə kilometr yol qət edərək açıq dənizdə üzmə testini də uğurla tamamlayıb.


Müəllif: