2 İyul 2016 08:35
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin əfsanəvi qrupu sayılan "The Beatles" haqqında yeni sənədli filmin treyleri işıq üzü görüb.

"Həftədə 8 gün: Qastrol illəri" (Eight Days A Week: The Touring Years) adlı film əfsanəvi qrupun populyarlığının zirvəsində olduğu 1962-1966-cı illər barədədir. Burada qrupun Liverpulda Cavern klubunda və San-Fransiskoda Candlestick Park stadionunda konsertlərindən olan nadir kadrlar təqdim edilir. Eləcə də izləyicilərə Rinqo Starr və Pol MakKartninin, Yoko Ono və Oliviya Harrisonun eksklüziv müsahibələri göstəriləcək.

Filmin rejissoru "Kod da Vinçi" və "Şüurun oyunları" filmlərinə görə tanınan Ron Hovarddır. Sənədli filmin premyerası sentyabrın 15-də Londonda baş tutacaq.


Müəllif: