4 İyul 2016 13:00
1 692

Türkiyənin İzmir şəhərinin Konak rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Telerqaf.com xarici mediaya istinadən xəbər verir ki, 41 yaşlı Yener Gök adlı kişi 49 yaşlı keçmiş həyat yoldaşı Özden Gökseli hər kəsin gözləri önündə güllələyib.

Məlumatlara görə, keçmiş cütlük əvvəlcə mübahisə edib. Daha sonra Gök yanında gətirdiyi silahı çıxarıb. Bunu görən Göksel restorana qaçsa da, canını qurtara bilməyib. Gök restoranda keçmiş həyat yoldaşına bir dəfə atəş açıb və oradan uzaqlaşıb.

Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub. Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Özden Göksel yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Elvin


Müəllif: