5 İyul 2016 08:05

"Ericsson" şirkəti hərəkət edən avtomobildə "5G" şəbəkəsində məlumatların ötürülməsi sürətini sınaqdan keçirib.

Teleqraf.com "ICTnews" saytına istinadən xəbər verir ki, sınaqlar zamanı "5G" şəbəkədə məlumatların ötürülməsi üzrə rekord sürət (7.5 Qbit/s) əldə edilib. Sınaqda "Ericsson 5G Radio Prototype" adlı xüsusi avadanlıqdan istifadə edilib.

Sınaq Stokholmun küçələrində keçirilib. İndi "Ericsson 5G Radio Prototype" avadanlığı artıq bir neçə ölkədə sınaqdan keçirilir.

"Ericsson" telekommunikasiya şirkəti böyük buraxılış qabiliyyətinə, minimal gecikmələrə nail olmağa müvəffəq olub.


Müəllif:
Загрузка...