11 İyul 2016 01:12
296

Yer orbitində kosmik tullantıların həcmi getdikcə artmaqdadır.

Teleqraf.com xəbər verir ki, Almaniya alimləri missiyasını başa vurmuş süni peyklərin yerə düşərkən nəyin baş verdiyini araşdırırlar.

Alimlər hesab edirlər ki, Yer kürəsi ətrafında çox sayda peyklər dövr edir. Onların hamısı gec ya tez orbitdən çıxacaq.

Atmosferə giriş vaxtı kosmik aparatlar dağılır. Onların parçalarının bütöv qalması ehtimalı nə qədər böyükdür?

Bu suala cavab tapmaq üçün tədqiqatçılar peykin Yer atmosferinə daxil olduğu anları imitasiya etməlidirlər. Bu məqsədlə içində saatda 3000 km sürətlə hava axını olan boruya müxtəlif obyektlər atılır.

Adətən hər 3-4 gündən bir atmosferə yeni obyekt daxil olur, alimlər bildirir. "Biz obyektlərin sərbəst düşmə şəraitində necə hərəkət etməsini izləmək üçün onları hava axınına yerləşdiririk”.

Sınaq cəmi 0,2 saniyə davam edir. Bu zaman kəsiyində qeydlər aparılıb, şəkillər çəkilir. Növbəti mərhələdə əldə olunan məlumatları kompüter təhlil edir. Yer kürəsi ətrafında yarım milyon suni obyekt dövrə edir. Onlardan bəziləri çox xırda, digərləri isə avtobus böyüklüyündə fraqmentlərdir. Müntəzəm olaraq Yer orbitindən istismarı başa çatmış obyektlər çıxarılır, İngiltərənin cənubundakı Southampton Universitetinin professoru Hug Levis deyir.

“Adətən hər 3-4 gündən bir atmosferə yeni obyekt daxil olur. Bu problem hələ uzun müddət ərzində öz aktuallığını itirməyəcək”. Atmosferə daxil olan obyektlərin bir çoxu təzyiq və yüksək temperatur nəticəində dağılsa da bəzən iri qırıntılar yerə çatır. Buna görə istismarı dayandırılmış peykləri orbitdən okean üzərlərində çıxarırlar. Lakin bu bəzən planlaşdırılmamış şəkildə də baş verə bilər.

\BBC\


Müəllif: