20 İyul 2016 08:05

“Microsoft” korporasiyası üçölçülü obyektlərin hərəkətini yüksək dəqiqliklə təkrarlayaraq onları real vaxt rejimində virtuallaşdırmağa imkan verən texnologiya hazırlayıb.

"Fusion 4D” adlanan texnologiya obyektin hərəkətlərini izləmək üçün 8 "RGB-D” kamerasından istifadə edir. Bundan sonra təsvir əvvəlcə əşyanın hərəkətini bir neçə kadrda analiz edən alqoritmdən keçirilir ki, onun davranışı anlaşılsın. Növbəti mərhələdə alqoritm tekstura rolunu oynayan rəngli görüntünün üzərinə çəkildiyi təsviri (depth map) və təsvir qatlarını birləşdirərək üçölçülü obyekt yaradır.

Texnologiyanın üstünlüklərindən biri hərəkət edən obyektə adətən hərəkəti izləmək üçün istifadə edilən ötürücülərin quraşdırılmamasıdır. Həmçinin tədqiqatçıların sözlərinə görə, müxtəlif növ hərəkətləri izləmək üçün əvvəlcədən xüsusi sazlama və təlim tələb olunmur.

Proqram həm sürətli, həm də yavaş hərəkətləri, eləcə də bir neçə əşya arasında müxtəlif əlaqəni virtuallaşdırır. Məsələn, proqram insanın itlə necə oynamasını və ya gödəkcəni necə çıxarmasını təkrar edə bilir.

Texnologiyanı inkişaf etdirmək niyyətində olan alimlər onun köməyi ilə gələcəkdə konsert kimi müxtəlif tədbirlərə tam üçölçülü formatda baxmağın mümkün olacağını bildirirlər. Bundan başqa, onlar proqramı, məsələn, virtual avatar yaratmaq üçün virtual reallıq qurğuları ilə uyğunlaşdırmağı təklif edirlər.

/İCT/


Müəllif:
Загрузка...