23 İyul 2016 08:36
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Microsoft" korporasiyası "Skype" messencerinin müasir infrastruktura keçidini başa çatdırmasını açıqlayıb.

Teleqraf.com "ICTnews"a istinadən yazır ki, son bir neçə ildə servis "P2P" texnologiyasından istifadədən imtina edərək "bulud" serverinə üstünlük verməyə başlayıb. Bu məqsədlə korporasiya "Skype" xidmətinin "Windows Phone 8.1", eləcə də "Android" sisteminin köhnə versiyalarının dəstəklənməsini dayandırmaq niyyətindədir. Bununla mütəxəssislər platformada mövcud olan bir sıra problemləri aradan qaldıraraq abunəçilərə xidmət prosesini yaxşılaşdırmaq əzmindədirlər.

Məlumata görə, "Microsoft" "Skype"ın "Android 4.0.3", "Windows 10/7/8/XP/Vista" və "iOS 8" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün dəstəyi davam etdirəcək, lakin "Windows Phone 8" və Android"in daha köhnə versiyalarının istifadəçiləri gələcəkdə servisin son versiyalarından istifadə imkanından yararlana bilməyəcəklər.

Bir müddət əvvəl "Microsoft"un vitse-prezidenti Qurdip Pall son bir neçə ildə "Skype"da məlumatların sinxronlaşdırılması və bildirişlərin yubanması ilə bağlı çoxlu problemlərin yaranmasına görə abunəçilərin şikayət etdiyini bildirib.


Müəllif: