28 İyul 2016 08:52
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın məşhur sosial şəbəkələrindən olan Twitter, bu ilin ikinci rübünə dair dəqiq mənfəət və gəlirini açıqlayıb.

Twitter ofosindən bildiriblər ki, bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrünə nisbətən 20% artım göstərərək 602 milyon dollar olub. Şirkət 2015-ci ilin aprel-iyun dövründə 502 milyon dollar gəlir əldə etmişdi.


Twitter-in gəlirindəki artım 2013-cü ildən etibarən ən yavaş sürətlə reallaşdığı qeyd olunub.

Həmçinin, açıqlamada şirkətin bu ilin ikinci rübündə 107 milyon dollar zərər etdiyi vurğulanıb. Şirkət, keçən ilin aprel-iyun dövründə 137 milyon dollar zərər etmişdi.

Digər tərəfdən, Twitter-in bu ilin ikinci rübündəki aylıq orta hesabla aktiv istifadəçilərinin sayı, keçən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 313 milyona çatıb. Bu məbləğin 82%-ni isə mobil istifadəçilər təşkil edib.


Müəllif: