31 İyul 2016 00:16
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bikini geyinmiş isveç polisi Stokholmda rəfiqəsilə istirahət edərkən şübhəli oğrunu zərərsizləşdirməyi bacarıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Mikaela Kellner Aftonblaret qəzetinə bildirib ki, şübhəli şəxsin onlardan birinin telefonunu oğurladığını bildikdən sonra onu izləyiblər.

O əlavə edib ki, “hətta çılpaq olsaydı belə” müdaxilə edəcəkdi.

Xanım Kellner-in Instagram səhifəsində hadisə yerindən çəkilmiş foto iki saat ərzində 9000-dən çox istifadəçi tərəfindən bəyənilib.

Hadisənin çərşənbə günü Stokholm şəhərinin Ralambşov Parkında baş verdiyi deyilir. Mikaela Kellner burada rəfiqəsilə birgə istirahət edib.

Oğurlanmış telefon geri qaytarılıb və yaxalanmış şəxs həbs edilib.

“Mənə həm dostlarım, həm də iş yoldaşlarımdan çoxlu müsbət şərhlər gəlib,” o The Locla saytına bildirib.


Müəllif: