12 Avqust 2014 18:03
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın üçün saç aksessuarları ilk dəfə olaraq Qədim Misirdə yaranmağa başlayıb.

Qədim Yunanıstanda dəbə minən saç aksessuarıları sonralar digər xalqlar arasında da geniş istifadə edilib. Geniş baş yaylıqları muncuq və müxtəlif aksesusarlarla bəzədilirdi. Onları isə ancaq subay qızlar taxardı.

60-cı illərin ortalarında saç bantları hippi üslubunun ən məşhur detalına çevrilir. Onda saç bantları rəngarəng saplardan və dəridən hazırlanırdı.

Saç bantları bütün dövrlərdə özünəməxsus məna kəsb edirdi və ilk nəzərəçarpan detal olduğu üçün diqqətdən kənarda qalması mümkün deyildi.

Bu yay da saç aksesuarları yenidən dəbə qayıdır. Mövsümdə bu bant və lentlərin müxtəlif rəng, ölçüdə olan formalarını tez-tez görəcəyik.

Bu aksessuarı universal adlandırmaq olar. Onlar hər üz tipinə, geyim tərzinə və saç düzümünə yaraşır. Alnı kiçik olanlar saç bantları vasitəsi ilə onu böyük göstərə bilərlər. Əgər alnınız kifayət qədər böyükdürsə, onu saç bantları vasitəsi ilə kiçildə bilərsiniz. Sadəcə alnın ortasından nazik lentlər taxa bilərsiniz. Nazik lentləri alın xəttindən yuxarıda saçın altından taxmaq olar.

Bantlar eyni zamanda müxtəlif stillərdə olur. Retro stilində olan saç lentləri güllü və ipək parçalardan tikilir. Saç bantlarını idman üslubu ilə də geyinmək olar. Gündəlik istifadə edilən saç bantları isə əsasən pambıq parçadan tikilir. Saç bantlarının gəlin saçlarını da bəzəmək şansı var. Gəlin aksessuarları açıq rəngli krujuvedan tikilir, üstü isə mirvari ilə bəzədilir.

Ülkər


Müəllif: