15 Avqust 2014 18:16
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çantalar qadınlar üçün az qala müqəddəs bir əşyadı. Hara getsələr mütləq çanta götürməyi vacib hesab edirlər və onları heç bir yerdə çantasız görməniz mümkün deyil.

Bəs çantanı necə seçmək lazımdır?

Öncə alacağınız çantanın ölçüsü sizin üçün rahat olub-olmadığına diqqət etməlisiniz. Ehtiyacınız olan hər şeyi çantanıza sığışdıra bilməlisiniz.

Qadınlar yetkinləşdikcə çantaları da onlarla birlikdə böyüyür. Bəyəndiyiniz çantanın içinə əşyalarınızı sığışdırın.

Çanta ölçüləri geyiminiz və qatılacağınız dəvətlərlə əlaqəsi var. Toya getdiyiniz zaman özümüzlə böyük çanta götürmərik, elə deyilmi?

Qadınlar adətən çantalarında axtardıqlarını asan tapa bilmirlər.

Həm çantalarına çox şey qoyduqları üçün, həm də çantalarındakı "bölmə”lər yetərsiz olduğu üçün məsələn ev açarını tapmaq qadınların gün ərzində etdiyi ən çətin şeydir.

Əgər dağınıq çantaya sahibsinizsə çoxlu bölmələri olan çantaları istifadə etdin və əşyalarınızı çantanın "bölmə”lərinə yerləşdirin.

Çantanın nədən hazırlandığı vacib amildir

Çanta seçdiyiniz zaman diqqət etməniz lazım olan nüanslardan biri də materialdır.
Daha keyfiyyətli materialı olan çantanı daha uzun müddət istifadə etmək mümkündür. Parça çantaların yaz və ya yay ayları istifadəsi idealdır. Tez çirklənsə də qolunuza yapışıb sizi tərlətməyəcək.

Çantanın rəngi də materialı qədər vacibdir

Çantanızın rəngi də təbii ki çox önəmlidir. Əgər daha çox istifadə etmək istədiyiniz çanta istəyirsinizsə qarderobunuzda hansı rəngin üstünlük təşkil etdiyinə fikir verərək seçim edin.

Narıncı, çəhrayı və ya yaşıl kimi rənglərdə olan çantalar bəzi kombinlərinizi zənginləşdirsə də, gündəlik istifadə də çətinliklər yaradır.

Gündəlik istifadə üçün isə bej, boz və ya qara rənglərə üstünlük verin.

Ülkər


Müəllif: