21 Avqust 2014 01:15
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın siyasi arenasında özünü təsdiq etmiş bir çox gənc millət vəkili var və onların sayı artmaqda davam edir. Belələri Avropa parlamentində də var, ayrı-ayrılıqda müxtəlif ölkələrin parlamentlərində də…

Eyni zamanda maraqlıdır ki, getdikcə deputat seçilənlərin yaş həddi də aşağı düşür.

Teleqraf.com xəbər verir ki, dünyanın ən gənc millər vəkili kimi tarixə düşən şəxs Kanadanın Quebec əyalətindən deputat seçilən 19 yaşlı Pierre-Luc Dusseaultdur. Seçildikdən sonra ailə həyatı quran gənc deputat “Mən gəncliyi təmsil edə bildiyim üçün qürur duyuram” deyərək seçicilərin daha çox rəğbətini qazanıb.

Belarusun ən gənc deputatı isə Aleksandır Xarçenkodur. Onun 23 yaşı var. O namizədliyini Minsk vilayətindən verib.

22 yaşında Rusiya Dumasının deputatı seçilmiş Tatyana Smirnova da da vətənində ən gənc millət vəkilli hesab olunurdu. O, “Edinaya Rossiya” partiyasından namizədliyini irəli sürmüşdü. Amma təəssüf ki, elə bu gənc yaşda da avtomobil qəzasında həyatını itirdi.

Ukrayna Radasının ən gənc üzvü isə 23 yaşlı Yuliy Boyko hesab olunur. O, gənc olmasına rəğmən, kifayət qədər maraqlı siyasi figur hesab olunur. Hər şeyə dərindən maraq göstərməsi və müxtəlif sahələrdə uğur qazanması ilə ukraynalıların diqqətini cəlb edə bilib. Və nəticədə namizədliyini irəli sürən Boyko böyük səs fərgi ilə deputat seçilib.

Avropa Parlamentinin tərkibində də kifayət qədər gənc deputatlar var. Onlardan ən gənci Ameliya Andersdortterdir. Onun cəmi 26 yaşı var. Avropa Parlamentində hələ bu yaşda deputat olmayıb. Ameliya özü deyir ki, onun Avroparlamentə gəlib çıxması bir az da qismət məsələsidir.

Türkiyə TBMM-nin ən gənc üzvü 28 yaşlı Mehemmed Bilal Macit oldu. AKP üzvü olan millət vəkili ixtisasca hüquqşünasdır.

Ülkər


Müəllif: