21 Avqust 2014 14:41
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evinizi və özünüzü pis gözdən və bəd duadan qorumaq istəyirsiniz? Bəlkə nədən başlamağı, hansı ekstrasensə müraciət edəcəyinizi bilmirsiniz?

Teleqraf.com olaraq sizə tələsməməyi məslət görürük. Siz seçiminizi daha təbii və effektiv edin. Ev bitkiləri. Lap qədimdən bəzi bitkilərin insaları pis nəfsdən qoruması məlumdur. Bəs hansı bitkilər gözdəymədən və mənfi enerjidən qoruyur?

1. Kaktus. Onu evin gicəyinə və ya dəhlizə qoysanız, sizi bütün pisliklərdən qoruyar.

2. Tradeskansiya. Bu bitki sizi yalançı dostlardan, qeybətdən, bədbəxtlikdən qoruyar. Onu mətbəxdə və ya qonaq otağında saxlayın ki, evin enerjisi təmizləsin.

3. Ətirşah . Bu bitki qözdəymə və nəfsdən xilas edən ən güclü qoruyucudur. Onun ətri isə evdəki mənfi enerjini məhv edəcək.

4. Qızılgüllər. Onların aurası evdə xoş atmosfer yaradır. Onun tikanları sizi bütün pisliklərdən qoruyar.
Əgər evinizin qorunma gücünü artirmaq istəyirsinizsə, o zaman çəmən bitkilərindən istfadə etməlisiniz.

Bunun üçün onları qurudun və giriş qapısının üstündən asın. Qoruyucu bitkilər bunlardır: Yovşan, çobansüzgəci, bədrənc, ayıdöşəyi, qanqal, Cəzayır bənövşəsi, gicitkən. Bu bitkilər sizi və evinizi insanların pis niyyətindən, xəstəliklərdən ümumiyyətlə, hər cür pislikdən qoruyar.

Ülkər


Müəllif: