2 Fevral 2015 01:32
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il kompüterləşmiş eynək bazarı üçün yaddaqalan olacaq: ABI Research analitiklərinin proqnozuna əsasən, ağıllı eynəklərin tədarük həcmi təxminən 150 faiz artacaq, həm də bu cihazların 90 faizi korporativ müştərilər və dövlət sektoru tərəfindən satın alacaq.

Smart eynəklər uzaq məsafədən kömək üçün, polis və hərbi xidmətlərdə, təhlükəsizliyin təminində, anbarlarda istifadə ediləcək. Mütəxəssislər hesab edir ki, istehlak seqmentində kompüter oyunları əsas tətbiq sahəsi olacaq.

Teleqraf.com ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə ağıllı eynək əsas müzakirə mövzusu olub. Cihaz smartfonlara rəqib kimi nəzərdən keçirilirdi. 2013-cü ilin əvvəlində elan edilmiş Google Glass layihəsi belə düşünməyə əsas verirdi. Ancaq ötən il məlum oldu ki, smart eynəklər kifayət dar ixtisaslı məsələlərin (məsələn, uzaq məsafədən kömək, təhlükəsizliyin təmini, virtual və artırılmış reallıq sistemlərində iş və s.) icrası üçün nəzərdə tutulub – ABI Researchin analitiki Nik Spenser şərh edib.

Mütəxəssisin fikrincə, Google Glass eynəyindən universal istifadə ssenarisinin yoxluğu Glass Explorer proqramı və ağıllı eynəyin sınaq versiyasının satışının dayandırılmasına səbəb olub. İnternet nəhəngi, həmçinin cihazın növbəti versiyalarının üzərində işini davam etdirəcəyini elan edib.

Yeri gəlmişkən, ABI Researchin proqnozuna görə, məhz ağıllı saat 2015-ci ildə daşınan elektronika bazarında ən sürətlə inkişaf edən kateqoriya olmalıdır. Təxmin edilir ki, sözügedən cihazların tədarükü illik ifadədə 300 faiz artacaq.


Müəllif: