5 Fevral 2015 21:41
1 235

"Google" şirkəti İŞİD terror qruplaşmasının təşviqat materiallarının tabeliyindəki saytlardan yayılmasına imkan verməyəcək.

Teleqraf.com-un "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bundan sonra İŞİD-in qorxunc edam videoları "Youtube" videoservisində yer almayacaq.

Bu məqsədlə şirkət ərəb dilini bilən yeni əməkdaşları da cəlb edib.

Qeyd edək ki, "Youtube" səlahiyyətliləri saytın istifadəçilərinin paylaşdıqları videoları daha əvvəl nəzarətdən keçirmirlər. Uyğun olmayan videolar isə saytın istifadəçiləri tərəfindən gələn şikayətlər əsasında araşdırılaraq aradan qaldırılır.


Müəllif: