Bu ay Yoko Ono və Con Lennona həsr olunmuş yeni kitab satışa çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, "John Lennon & Yoko Ono. Double Fantasy" adlandırılan kitabın əsası uzun zaman itirilmiş hesab edilən Con və Yokonun nadir fotolarından ibarət arxivdir. Unikal şəkillər fotoqraf Kişin Şinoyama tərəfindən 30 il öncə çəkilib və bundan öncə geniş auditoriyaya təqdim edilməyib. Kitabın adı cütlüyün birgə studiya plastinkası - Double Fantasy-dən götürülüb. Fotolar bu plastinka üzərində işin yekunladırıldığı zamanlarda çəkilib. Kitabda Nyu-Yorkda Mərkəzi parkda çəkilən 800 nadir kadr var.
Kitab iki nəşrdə çıxacaq - adi və limitli, sonuncunun qiyməti 1800 dollar təşkil edəcək.
Rüstəm