11 Fevral 2015 02:46
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan dərisini araşdıran Beynəlxalq ekspertlər qrupu allergiya, infeksiya və dəri xərçəngi kimi bəlalardan xilas olmaq üçün üsul tapıb.

Harvard, Melburn və Moşana universitetlərinin alimləri immun sisteminin infeksiyaya səbəb ola biləcək lipidlərə təsiri maraqlandırıb. Bunun üçün dərinin dəqiq fotogörüntülərini çəkiblər.

Xərçəng hüceyrələri, bakteriyalar və allergenlər özləri ilə müxtəlif növ lipidlər daşıyır. Dəridəki molekullar bu lipidləri müəyyən edir və immun sisteminə mümkün təhlükə barədə məlumat verir. Alimlər bəzi lipidlərin strukturunu müəyyənləşdirə biliblər. İmmun sisteminin həmin lipidlərə nə cür təsir göstərdiyini müəyyən edə biliblər.

Əldə edilən bilgiləri xərçəng əleyhinə peyvəndin və ya antiqistamin dərmanın hazırlanmasında istifadə etmək olar. Bütün məsələ immun sisteminin düzgün istiqamətləndirilməsindən asılır.


Müəllif: